» » Bakıda qardaşlar arasında dava qanla bitdi


Bakının Sabunçu rayonunda iki qardaş arasında dava zamanı onlardan biri bıçaqlanıb.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 

Xanlar küçəsində 1970-ci il təvəllüdlü Həmidov İbrahim Ağaəmi oğlu qardaşı ilə mübahisə zamanı bıçaqlanıb. O, yaralı halda 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunaraq, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.
 
///APA