» » Milyonluq Röya -


Bu günlərdə yeni mahnısını təqdim edən əməkdar artist Röya Ayxan böyük uğur qazanıb. 

starxeber.az xəbər verir ki,  sənətçinin  "Kimin belə sevgilisi var?"  adlı mahnısı  bir həftə ərzində "Youtube" videohostinqində  1.000.000-dan çox baxış toplayıb. 

Qeyd edək ki, sözügedən mahnının söz və musiqisi müğənni Ramal İsrafilova məxsusdur.

Mahnı hətta “Youtube” kanalında trend olan videolar sırasında 3-cü sıraya yüksəlib.