» » Son dəqiqə! 3 yaşlı Zəhra tapıldı


Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovan tapıblarz

Bu barədə Azxeber.com-a azyaşlının bibisi Validə xanım məlumat verib. Onun dediyinə görə, Zəhranın atası hazırda uşağın yanındadır və o evə gətirilir. Ailəsi polis əməkdaşlarına təşəkkür edib. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.



Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhranın itməsi ilə bağlı məlumat paylaşılmışdı.