» » Binəqədi Gənclər Evi il ərzində 20-dən çox layihə həyata keçirib!



Binəqədi Gənclər Evi 2020-ci il fəaliyyət dövründə “Könüllülər ili"nə həsr olunan layihələrə xüsusi yer verib. Gənclər arasında könüllülük hərəkatının inkişaf etdirilməsi üçün bir çox yeni layihələr reallaşıb.
"starxeber.az" xəbər verir ki, “Könüllülük Akademiyası 3”, “Gənclərin Online Yay LiderlikMəktəbi” layihələri vasitəsilə 150-dən çox gəncə könüllük prinsipləri aşılanıb, onlara motivasiya, marketinq, liderlik və digər mövzularda təlimlər təşkil olunub. Hər iki layihə Binəqədi Gənclər Evinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dövlət tərəfdaşlığı ilə onlayn formatda keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan  və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə icra olunan "Əsas Həyat Bacarıqları" ("Basic Life Skills") layihəsi icra olunan müddətdə 50-dən çox gəncə onların gələcək həyatı üçün vacib olan fundamental bilik və bacarıqlar qazandırıb.
Karantin müddətində davam edən layihələrdən biri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, UNICEF Azərbaycan, Hollandiyanın Azərbaycandakı səfirliyin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçirilən “Qızlar bacarır” layihəsi olub. Bu layihə  vasitəsilə futbola marağı olan yeniyetmə qızlar cəlb olunub.
Psixoloji istiqamətdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Unicef Azərbaycanın birgə tərəfdaşlığı ilə “Psixoloji Məsləhət” və Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə keçirilən ”Başla”(GənclərMəktəbi) layihəsi müddətində  gənclərlə görüşlər davamlı şəkildə təşkil olunub.
 “Məqsədli Karyera”  layihəsində 100-dən çox gəncə karyera planlamasında bələdçi olaraq, onlar iş həyatına hazırlanıb.
“Maliyyə savadlılığı” layihəsi ilə gənclərin ehtiyacları və şəxsi büdcələrini düzgün planlamasına dəstək olunub.
Qeyd edək ki, hər iki layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa İttifaqının maliyyə dəstəyi və UNİCEF Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan Gənclərinin Nailiyyəti - Junior Achievement Azerbaijan - JAA və Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçirilib.
“Fəxri qonaq” və “Uğur hekayəm” layihələri çərçivəsində gənclərlə müxtəlif  sahələrdə peşəkar olan 50-dən çox  mütəxəssislə görüşlər təşkil olunub.
“#BizBirlikdəGüclüyük aksiyası çərçivəsində karantin və müharibə dövründə könüllülərlə qocalara, şəhid və qazi ailələrinə, yardıma ehtiyacı olanlara dəstək olunub.
Binəqədi Gənclər Evi ümumilikdə 1000-dən çox gənci əhatə edən, 25 layihə keçirib.
2021-ci ildə “Vətən müharibəsi”və “Aprel döyüşlərində” iştirak edən qazilərlə görüşlər, “Nizami ili” bağllı tədbirlər, ”Könüllülük Akademiyası”, “Başla”(Gənclər Məktəbi),” Psixoloji diaqnostika” layihələri davamlı şəkildə təşkil olunacaq.
Binəqədi Gənclər Evi sosial şəbəkələrdə:
Facebook: Binəqədi Gənclər Evi / Binagadi Youth House
İnstagram: binagadi.ge




Telegram:https://t.me/joinchat/VcqPTzYgMVR5WQXS