» » Məşhur serialın ulduzu vəfat edib:


0Meksikanın tanınmış aktrisası Edit Qonzales vəfat edib.

starxeber.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış aktrisa məşhur "Vəhşi qızılgül"serialında ifa etdiyi Lionellı obrazı ilə tamaşaçıların yadında qalıb.

54 yaşlı aktrisa xərçəng xəstəliyindən əziyyət çəkib. 3 ildir ağır xəstəliklə mübarizə aparan aktrisa bu gün səhər saatlarında vəfat edib.

Ailəsi və 14 yaşlı qızı olan Edit Qonzales həmçinin "Varlılar da ağlayır"  "Vəhşi ürək" seriallarında da maraqlı obraz yaradıb.