» » Məleykə Əsədova avtobus sürücülərini tənqid etdi


Xalq artisti Məleykə Əsədova avtobus sürücülərindən şikayət edib.

starxeber.az-ın məlumatına görə, aktrisa "Kim var, kim yox" verilişində deyib ki, onlar insan taleyi ilə oynayırlar:

"25 ildir avtomobil sürürəm. Hadisə bir dəfə olur. Sürücümə də deyirəm qaydanı gözlə. Sən düzgün sürə bilərsən, qarşıdakı gəlib vura bilər. İnsan taleyidir.

Çox narazıyam avtobus sürücülərindən. Öz canına hörmət etmirsən, apardığın insanları düşün. Nə qədər insan aparırsan sən. Elə sürətlə gedirlər ki... Hadisə hər an baş verə bilər".