» » Səbinə Xasayeva - “Bakıya qəhrəman şəhər adı verilmədi...”


Səbinə Xasayeva - “Bakıya qəhrəman şəhər adı verilmədir” 


Ədalətli müharibələr işğalçılığa qarşı aparıldığına görə ona həmişə haqq qazandırılıb. Böyük Vətən müharibəsi belə müharibələrdəndir. Sabiq SSRİ-nin faşizm üzərində tarixi qələbəsiylə nəticələnən bu müharibədə Azərbaycanın da böyük xidmətləri olub.

Böyük Vətən müharibəsində Azərbaycandan yüz minlərlə döyüşçü iştirak etmişdi, onların təxminən yarısı döyüşlərdə həlak oldu. Əsasən azərbaycanlı döyüşçülərdən təşkil edilmiş 77-ci, 223-cü, 336-cı 402-ci, 416-cı atıcı diviziyalar döyüşlərdə böyük şücaətlər göstərdilər. Böyük sərkərdələr bu diviziyaların döyüşləri haqqında səmimi fikirlər deyiblər.

Azərbaycandan olan döyüşçülərdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Böyük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycan neftinin rolunu inkar etmək mümkün deyil.

İsa Hüseynovun (Muğanna) “Saz” povesti, onun ssenarisi ilə çəkilmiş “Tütək səsi” bədii filmi döyüşlərdən çox-çox uzaqlarda Azərbaycan kəndlərinin Böyük Vətən müharibəsində necə iştirak etdiyinin göstəricisidir, təkcə bədii deyil, həm də real, həm də tarixi!

Bəşəri niyyətlərlə yaşamış siyasətçilərə əyan idi ki, Bakı şəhərinə də qəhrəman şəhər adı verilməliydi, verilmədi. Qələbənin 75 illiyində də yada düşmədi ki, Böyük Vətən müharibəsində bu səviyyədə iştirak etmiş bir şəhərə qəhrəman şəhər adının verilməməsi zamanında da siyasi insafsızlıq olub. İndi də siyasi insafsızlıqdır.





starxeber.az