» » İran səfiri Ramazan bayramı münasibətilə təbrik edib


Seyid Abbas Musəvinin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və dövlətinə təbrik mesajı

Müsəlman, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını mübarək Ramazan (Fitr) bayramı münasibətilə təbrik edirəm. Allahın sonsuz nemət, bərəkət və rəhmət ayı ilə vidalaşaraq, Şəvval ayının daxil olması və mübarək Ramazan bayramına görə şükr edir, Allahın dərgahından bütün müsəlmanlar, xüsusilə Azərbaycan Respublikası xalqı üçün cansağlığı, sülh, əmin-amanlıq, mənfur koronavirus pandemiyasının tezliklə bitməsini arzu edir və ibadətlərin qəbul olunmasını diləyirəm.

Seyid Abbas Musəvi
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri


starxeber.az