» » "Mənə ən böyük mirasın..." -


Bir neçə gün əvvəl atası Əşrəfi itirən müğənni Elton Hüseynəliyev onunla bağlı xatirələrini bölüşüb.

Məlumatına görə, sənətçi ağır gündə onu tək qoymayan dostlarına təşəkkür edib:

"Allah sənə rəhmət eləsin, ata. Məkanın cənnət olsun. Sən mənim üçün ən böyük miras, var-dövlətdən də üstün olan tərbiyə verdin getdin. Məni tək qoymayan qohumlarım və dostlarım sağ olsun".

Qeyd edək ki, Eltonun atası ağır xəstəlikdən əziyyət çəkirdi.

///axsam.az