» » Səbinə Xasayeva Yeni Yasamalda vətəndaşları qəbul edib


Səbinə Xasayeva Yeni Yasamalda vətəndaşları qəbul edib



       12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Yasamal rayonunun 4 saylı sahə  inzibatı ərazi dairəsinin nümayəndəliyində  karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşların qəbulunu keçirib.

      Deputat fərdi qaydada seçiciləri qəbul etmiş, onların problemlərini dinləmişdir. Keçirilən qəbulda iştirak edən vətəndaşlardan Sevda Axundova, Faimə Qəfərova, Laləzər Ələsova, Sevda Abdullayeva, Gülbəniz Aslanova, Nəzakət Burzuyeva, Arifə Allahverdiyeva, Azər İsmayılov, Çiçək İsayeva, Təranə Əbdülova, Tamella Abbasova, Tənzilə Quliyeva, Nargilə Alxasova və Nizami Quliyev əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, aztəminatlı ailələrin və  Vətən müharibəsi iştirakçıları ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasının, işsizliyə görə müavinət verilməsinin, hüquq, əhalinin sağlamlıq problemlərinin həll edilməsinin, sosial təminat və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.
      Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

     Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Yasamal rayon icra hakimiyyəti başçısının 4 saylı sahə  inzibatı ərazi dairəsinin nümayəndəsi Fəhrad Hacıyev  iştirak etmişlər.

    Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və   onların qəbul edilməsi deputat Səbinə Xasayevanın  əsas fəaliyyət istiqamətlərindən biridir.



starxeber.az