» » Röya "Kimin belə sevgilisi var?" adlı konsert verəcək


İyunun 26-da Əməkdar artist Röya Ayxanın konserti keçiriləcək.

starxeber.az xəbər verir ki, “Kimin belə sevgilisi var?” adlanan konsert Elux Events Hall'da reallaşacaq.

RÖYA hər zamankı kimi canlı ifası ilə sizə möhtəşəm şou göstərəcək. Röyanı səhnədə Muxtar Abseynovun rəhbərlik etdiyi ansambl müşayiət edəcək.

Qeyd edək ki, Azərbaycanın super starı, əməkdar artist Röya Ayxan nəinki Azərbaycanda, ölkəmizdən kənarda da sevilir, bəyənilir. 

Röyanın konsertlərinin təşkilatçısı “KEvents Group”dur.