» » "Aygün Kazımova Rəqsanənin məclisinə qonorar alıb gəldi"


Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Xalq artisti Aygün Kazımova ilə bağlı maraqlı açıqlama edib.

Tolik "Hər şey daxil" verilişində bildirib ki, Kazımova müğənni Rəqsanə İsmayılovanın məclisinə qonorarla qatılıb:

"Rəqsanənin qızının arzusu idi ki, Namiq Qaraçuxurlu ilə Aygün Kazımova onun ad gününə gəlsin. Rəqsanə həmin vaxtlar çox da tanınmırdı. Onda pul ödədi ki, Aygün Kazımova gəlsin. O da gəlib məclisdə oxudu. Onların heç bir əlaqəsi yoxdur. İndikilər əlaqəsi olmayan müğənnini toyuna qonaq dəvət edir".

///axsam.az