» » Bəstəkar vəfat edən oğluna şeir yazdı


Bəstəkar və şairə Xanım İsmayılqızı 5 il əvvəl dünyasını dəyişən oğluna şeir yazıb.

Bəstəkarın oğlu Fərid Əliyev ürək tutumasından vəfat etmişdi.

X.İsmayılqızının "Canım oğlum" adlanan şeirini təqdim edirik:
Canım oğlum.

Sən elə gözəl gəlmişdin bu dünyaya,
O qəribə gözlərinin özü boydaydı dünya.
Seçilirdin, seçilmişdin.
Buralar doğma deyildi,
Elə bil ki, bilirdin...
Canım Oğlum.

Öz adının mənasını soruşurdun dönə-dönə,
Deyirdim ki, Fərid sözü qeyri-adilik deməkdi
Və həm də seçilməkdi...
Canım Oğlum.

Qucağımdan yerə qoya bildim səni,
Sevilməyi, sevməyi,
Qaçmağı da öyrətdim...
Yerdən ayağı üzüb
Uçmağı da öyrətdim...
Canım Oğlum.

Sən də mənə çox şeyi öyrədə bildin.
Bu aləmin içində azmağı öyrətdin mənə...
Bütün dadların adını yazmağı öyrətdin mənə...
Canım Oğlum.

...Titrəyən əllərinlə ətəyimdən yapışaraq,

Əlimdən tutdu əllərin...
Çiynimə qondu əllərin...
İllərimi qarışdırıb
Sığala qatdı əllərin...
Boyun boyumu da aşdı...
Sevgiyə batdı əllərin...
...Sonra da yatdı əllərin...
Canım Oğlum.

Sən elə gözəl gəlmişdin bu dünyaya,
Qəribə gözlərin dünyam qədərdi.
Seçilmişdin, seçilirdin, seçildin...
...Buralar doğma deyildi,
Bilirdinmi?..

... Elə mən də bilirdim...

///axşam.az