» » Bakıda 22 yaşlı gənc yol qəzasında xəsarət alıb

Bakıda 22 yaşlı gənc yol qəzasında xəsarət alıb


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Məmmədov Ruslan Rahim oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.