» » Rusiyada qəzaya düşən təyyarənin “qara qutu”su tapıldı

Rusiyada qəzaya düşən təyyarənin “qara qutu”su tapıldı


Rusiyanın İrkutsk vilayətində sərt eniş etmiş sərnişin təyyarəsinin qara qutularından biri tapılıb.

Oprrativ24.Az  xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Qeyd edək ki, L-410 sərnişin təyyarəsi sentyabrın 12-si Kazaçinski yaşayış məntəqəsindən 4 kilometr cənub-qərbdə sərt eniş edib. Hadisə nəticəsində 4 nəfər ölüb. Onlardan ikisi pilot, ikisi isə sərnişindir. 12 nəfər isə xəsarət alıb.