» » 13 qorilla COVİD-19-a yoluxdu

13 qorilla COVİD-19-a yoluxdu


ABŞ-ın Corciya əyalətində yerləşən “Atlanta” zooparkında 13 qorilanın koronavirusu yoluxduğu bildirilib.

starxeber.az “Sherg.az”-a stinadən xəbər verir ki, qorillaların COVİD-19 testi müsbət çıxıb.

Xəstəliyə yoluxan qorillalar arasında ən yaşlısı “Ozzie” adlı erkək qorilladır. Heyvanın 60 yaşında olduğu bildirilib. Zooparkın səlahiyyətliləri qorillaların öskürdüyünü, burunlarının axdığını və iştahlarının azaldığını qeyd edib.

İşçilərin tam peyvənd edildiklərini və qoruyucu vasitələr taxdıqlarını ifadə edən səlahiyyətlilər, heç bir simptom göstərməyən bir işçinin virusu qorillalara ötürdüyünü düşünürlər.