» » Müğənninin bacısından Prezident və Birinci xanıma müraciət:"Səyyada yardım..."

Müğənninin bacısından Prezident və Birinci xanıma müraciət: "Səyyada yardım..."


Müğənni Səyyad Əlizadənin bacısı Prezident İlham Əliyevə  müraciət edib.

“Sherg.az” xəbər verir ki, sənətçinin bacısı video-müraciətdə bunları söyləyib:

“Hamının ümid yeri, sevimli Prezidentimiz İlham Əliyev və hər kəsə kömək edən hörmətli Mehriban xanım Əliyeva, mən S.Əlizadənin bacısıyam.

Səyyadım indi zülmətdədir. Sizdən kömək istəyirəm. Bəhram  Bağırzadəni həyata qaytaran həkimlər, onu da sağaltsınlar. Əziz Mehriban xanım, Səyyad mənim hər şeyimdir, nəslimizin sevincidir.  Bizə yardım edin, ümid yerim sizsiniz”.

Qeyd edək ki, sənətçi koronavirusa yoluxub, vəziyyəti ağırdır.