» » DİQQƏT! Polis bu şəxslə bağlı əhaliyə müraciət edib

DİQQƏT! Polis bu şəxslə bağlı əhaliyə müraciət edib


İmişli rayonunda 30 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan starxeber.az-a verilən məlumata görə, İmişli rayonunun Məzrəli kənd sakini, 30 yaşlı Südabə Məmmədova avqust ayının 9-da səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Südabə Məmmədovanın əlamətləri belədir: boyu 158 sm., orta bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin və qaşlarının rəngi qəhvəyidir.
"Şəkildə gördüyünüz qadını tanıyanlardan və

barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.