» » "Qarabağ" - "Bazel" oyununa nə qədər bilet satılıb?

"Qarabağ" - "Bazel" oyununa nə qədər bilet satılıb?


"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda evdə "Bazel"lə keçirəcəyi matça bilet satışı davam edir. 

Klubun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, indiyədək sözügedən qarşılaşmaya 14 min bilet satılıb.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib. 

Qeyd edək ki, bu gün oynanılacaq matç saat 20:45-də başlayacaq.