» » Tatlısəsdən evlənmə təklifi


İbrahim Tatlısəsin oğlu İdo sevgilisi Yasemin Şefkatli ilə tətildədir.

Bodrumu seçən İdo zaman-zaman sevgilisini yalnız qoymaq məsburiyyətində qalır. Buna səbəb isə onun iş rejimidir.

Lakin bu günlərdə Y.Şefkatlinin tətil paylaşımı hər kəsin diqqətini cəlb edib. Yaseminin diqqət mərkəzində olmağına rəvac verən isə barmağındakı brilliant üzük olub.

Belə ki, “Posta” qəzetində iddia olunub ki, İdo Tatlısəs Şefkatliyə evlənmə təklifi edib. Cütlük isə bu barədə heç bir açıqlama verməyib.