» » Sumqayıtda dəhşət: Azyaşlı qardaşlar oğurlandı

Sumqayıtda dəhşət: Azyaşlı qardaşlar oğurlandı


Sumqayıtda iki azyaşlı qardaş itkin düşüb.
Bu barədə onların yaxınları sosial şəbəkədə paylaşım edib. Bildirilir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində tüfeyli geyimində olan şəxs və ya şəxslər fotoda gördüyünüz bu iki qardaşı götürüb aparıblar.Paylaşımı edən şəxsin sözlərinə görə, hadisə anı kameralara da həkk olunub.
Fotoda təsvir olunan azyaşlı qardaşları görən şəxslərdən yaxınlıqdakı polis bölməsinə məlumat vermələri xahiş olunur./sherq.az