» » Binəqədidə 27 sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçirilmişdir

Binəqədidə 27 sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçirilmişdir


Binəqədi rayonunda 27 sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçirilmişdir.


25 sentyabr 2020-ci il tarixində Binəqədi rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27 sentyabr- Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocəsən qəsəbəsi ərazisində ölkədə tətbiq olunan karantin rejimi qaydalarına uyğun təşkil olunmuş ağacəkmə aksiyası keçirilmişdir.
Keçirilmiş ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov,Millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Hüquq Mühafizə orqanları, Binəqədi rayon Gənclər və idman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev və şəhid ailələrinin üzvləri iştirak etmişdir.
Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirmişdir. 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilmişdir. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.
İctimaiyyət nümayəndələri ümumilikdə 300-dən çox müxtəlif növ ağac əkmişlər. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılmışdır.