» » 20 yaşlı aktyorun ölüm səbəbi bəlli oldu


İyulun 7-də vəfat edən 20 yaşlı aktyor Kameron Boysun ölüm səbəbi bəlli olub.

Onun epiletsiyadan əziyyət çəkdiyi bildirilib. Bu haqda Kameronun yaxınları məlumat verib.

Tez-tez qıcolmaları tutan aktyor xəstəliklə mübarizə aparır, daim müalicələr alırmış.

Qeyd edək ki, qonşusu Kameronu evində ölü vəziyyətdə tapıb. Hadisə yerinə gələn həkimlər "Disney"in ulduzunun həyatını xilas edə bilməyiblər.