» » "İnandığım iş olsa, soyunaram" -


Türkiyəli aktrisa Hande Ataizi qatıldığı proqramda maraqlı açıqlamalar verib.

O keçmiş və indiki aktrisalar arasında çox fərq olduğunu deyib.

"Hər kəs bu sənətə sahib ola bilməz. Bunun üçün xüsusi bacarıq lazımdır. İndiki aktrisalar asan yoldan pul qazanmaq istəyir" deyə, o, bildirib.

Hande rola görə soyunmağın normal olduğunu dilə gətirib:
 
"Bizim cəmiyyətdə elə düşünürlər ki, hansı obraza həyat verirsənsə, elə həmin adamsan. Mənim üçün rola görə soyunmaq normaldır. Ancaq bunun üçün güvəndiyim bir rejissor və bir ekran işi olmalıdır".

///axsam.az