» » Aygünlə Filipp klip çəkdirir


Xalq artisti Aygün Kazımova ötən gün rusiyalı həmkarı Filipp Kirkorovla “Jalma” adlı duetini təqdim edib.

“Jara” musiqi festivalı üçün hazırlanan mahnı bu gün ekranlaşdırılır.

Belə ki, klip çəkilişləri bu gün festivalın gerçəkləşdiyi məkanda aparılacaq.

Qeyd edək ki, ötən il “Jara” festivalında Filipp Kazımova ilə yenidən duet oxumaq istədiyini söyləmişdi. Aygün isə Kirkorovun təklifinə müsbət cavab verib.