» » Aygün Naxçıvanda konsert verəcək


Ölkənin əsas ulduzu, Xalq artisti Aygün Kazımova Naxçıvanda solo konsert verəcək. 

starxeber.az-ın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə yazıb:

“ Doğma Naxçıvanlılarımla görüşə hazırlaşmağın həyəcanını yaşayıram. İlk dəfə Naxçıvanda canlı solo konsert proqramıyla. 4 avqust, yeni və füsunkar saat meydanında”.

Qeyd edək ki, A.Kazımova həmçinin avqustun 16-da Bakıda “Cıdır Music Hall”da canlı solo konsertlə çıxış edəcək.