» » Bu gün "Neftçi" “Bney Yehuda” ilə qarşılaşır


Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir. 

starxeber.az xəbər verir ki, turnirdə yeganə təmsiçimiz "Neftçi” bu gün növbəti matçına çıxacaq. Roberto Bordinin komandası doğma meydanda İsrailin "Bney Yehuda” klubu ilə üz-üzə gələcək. 



Qeyd edək ki, "Neftçi” bu mərhələni keçsə, pley-offda "Malmö” – "Jirinski” cütünün qalibi ilə qarşılaşacaq.

8 avqust
Avropa Liqası

III təsnifat mərhələsinin ilk oyunu

21:00. "Neftçi" - "Bney Yehuda"
Hakimlər: Kərim Abed, Hiçam Zakrani, Mikael Berçebru, Floran Batta (Fransa).
Bakı. "Bakcell Arena”.

Matç CBC Sport kanalı ilə canlı yayımlanacaq.