» » Darvaza FHN-in yanğınsöndürəninin üzərinə aşdı -


Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhəri  18-ci mikrorayonda mebel sexi yanıb.

starxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə zamanı sexin darvazası FHN-in yanğınsöndürəninin üzərinə daşıb.



FHN əməkdaşının durumu ilə bağlı saytımıza açıqlama verən nazirliyin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva onun vəziyyətinin normal olduğunu bildirib. Mehdiyavanın sözlərinə görə, yanğınsöndürəninin həyatı üçün təhlükə yoxdur. Xəstəxanaya yerləşdirilən şəxsin yüngül zədələri olduğu bildirilir.