» » Hövsan qızlarına söz atan gənclər polisə çağırıldı -


Sosial şəbəkədə Hövsan qəsəbəsinin qızları ilə  bağlı xoşagəlməz ifadələr işlədən gənclərin şəxsiyyəti müəyyənləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev starxeber.az-a bildirib ki, sözügedən videogörüntüdəki şəxslər 2004-cü il təvəllüdlü Məmmədov Mehdixan və 1992-ci il təvəllüdlü Məmmədli İlkindir. E.Hacıyev bildirib ki, hər iki şəxs polis şöbəsinə gətirilərək, onlarla profilaktik söhbət aparılıb və hərkətlərinin qanuna zidd olduğu diqqətlərinə çatdırılıb. 



Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkədə yayılan görüntüdəki şəxslərdən biri - Məmmədli İlkin sonradan Hövsan sakinlərindən üzr istəyib.