» » 26 yaşlı oğlanın intihar səbəbi şoka saldı -


Türkiyənin Tekirdağ vilayətində 9 yaşından 18 yaşına qədər qohumu tərəfindən zorlandığı deyilən Emre, 26 yaşında intihar edib.

Gənci zorladığı iddia edilən qohumu V. T. polislər tərəfindən saxlanılsa da, qısa zamanda azadlığa buraxılıb. 



Bu xəbərdən sonra Emre özünü yaşadığı binanın 15-ci mərtəbəsindən ataraq həyatına son qoyub. 

Emrenin yaxınlarının iddialarına görə, onun intiharının da səbəbi şübhəlinin cəzasız qalması olayı olub.