» » Eminin klipi Türkiyədə yayımlandı


Azərbaycanlı müğənni, prezident təqaüdçüsü Emin Eminzadə Türkiyədə məşhur Azərbaycanın sevilən mahnısı"Ayrılıqa" klip təqdim edib. 

starxeber.az xəbər verir ki, mahnının aranjimanının müəllifi bir sıra məşhur ifaçılarla işbirliyi quran türk mühənnisi və didjey Sərdar Ayyıldızdır. Klipdə vokalist Nigar Cəfərovada rol alib.

Çarx meşher musiqi platformasının Netd-in Youtube kanalda təqdim olunacaq. Kanalin 14 millionnan çox abunəçisi var. 
Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.
O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir.

Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.