» » Brilliant Dadaşovanın planları alt-üst oldu

Brilliant Dadaşovanın planları alt-üst oldu


Bir neçə gün öncə Xalq artisti Brilliant Dadaşovanın “Xəzər axşamı” verilişində eksklüziv olaraq “Özgüvənimsən” adlı mahnısını ifa etməsi ilə planları alt-üst olub. 

B. Dadaşova adıçəkilən mahnıya yaxın həftələrdə klip çəkdirməyi düşünsə də, hətta bunun üçün geyimlər, məkan seçilsə, rejissorla danışılsa da, sosial şəbəkədə mahnıya olan maraq və tələbat səbəbindən Xalq artistinin prodüseri mahnını klipsiz “YouTube” portalına yükləməyə məcbur olub. 

Qeyd edək ki, mahnının söz və musiqisi Temmiyə aiddir.