» » SON DƏQİQƏ! Hava yenidən pisləşəcək: Leysan, dolu, külək... - XƏBƏRDARLIQ

SON DƏQİQƏ! Hava yenidən pisləşəcək: Leysan, dolu, külək... - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında iyulun 22-si və 24-də şimal-qərb küləyinin 15-18 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən
"STAR XƏBƏR"-ə verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 21-24-də əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.