» » Bakıda daha bir azyaşlı uşaq hovuzda boğuldu

Bakıda daha bir azyaşlı uşaq hovuzda boğuldu


Bakının Xətai rayonunda 8 yaşlı oğlan ehtiyyatsızlıqdan hovuzda boğularaq xəstəxanaya yerləşdirilib.   Apa xəbər verir ki, hadisə Seyid Əzim Şirvani küçəsində qeydə alınıb.   Belə ki, 2015-ci il təvəllüdlü Şirinzadə Bəşir Əfqan oğlu hovuzda ehtiyyatsızlıqdan boğulub. O, sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.   Hazırda azyaşlı xəstəxananın reanimasiya şöbəsindədir. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırır.