» » Ruhiyyə Əliyeva: “Ləkəsiz və işıqlı olsun”

Ruhiyyə Əliyeva: “Ləkəsiz və işıqlı olsun”


“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyeva 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar paylaşım edib. 

"STAR XƏBƏR" xəbər verir ki, bu barədə  iş xanımı instaqramda yazıb.

“Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir.

Bu gün milli mətbuatımızın yaranmasından 148 il ötür. Məni tanıyan hər kəs bilr ki, bu sahədə çox dəyərli dostlarım, bacılarım və qardaşlarım var. Belə bir gözəl gün münasibəti ilə Azərbaycan cəmiyyətinin inkişafında misilsiz rolu olan, işini sevən, qərəzsiz və ədalətli olan hər bir media nümayəndəsini ayrı-ayrılıqda səmimi qəlbdən təbrik edir, onlara şərəfli fəaliyyətlərində daim uğurlar arzu edirəm… Milli mətbuat cəmiyyətin güzgüsüdür...

 Mətbuatımız hər zaman ləkəsiz və işıqlı olsun. Gününüz mübarək, əziz dostlar!”, – R.Əliyeva bildirib.