» » 18 yaşlı sürücü maşını aşırdı - Özü öldü, yaralılar var

18 yaşlı sürücü maşını aşırdı - Özü öldü, yaralılar var


Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 18 yaşlı Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb. Xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, sürücü orada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.