» » Kəlbəcərdə hərbçilərin olduğu avtomobil qəzaya uğradı - Ölən və yaralanan var

Kəlbəcərdə hərbçilərin olduğu avtomobil qəzaya uğradı - Ölən və yaralanan var


Kəlbəcər rayonu ərazisində içərisində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, dağlıq ərazidə avtomobilin aşması nəticəsində 1 hərbçimiz həlak olub, daha bir hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 
Hadisə barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.