» » Siyəzəndə İki şagird, bir tələbə dənizdə boğuldu

Siyəzəndə İki şagird, bir tələbə Dənizdə Boğuldu


Siyəzəndə dənizdə üç nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazi) üç nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Siyəzəndə dənizdə boğulan üç nəfərdən ikisi yeniyetmə, biri tələbədir.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, yeniyetmə məktəblilər Zarat kənd sakinləridir, tələbə isə Bakı şəhərində yaşayır. O, kəndə istirahətə gəlibmiş.