» » Cavanşir Məmmədovun keçmiş kürəkəni məhkəmə zalında həbs olundu

Cavanşir Məmmədovun keçmiş kürəkəni məhkəmə zalında həbs olundu


Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

 
Hökmə əsasən M.Kemal İbili dələduzluqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.