» » "Ay və Gün" Türkiyə və Rusiyada ən çox satılanlar sırasında

"Ay və Gün" Türkiyə və Rusiyada ən çox satılanlar sırasında


Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl "Ay və Gün" albomunu təqdim edib.

"STAR XƏBƏR"in məlumatına görə, albom işıq üzü gördükdən bir neçə saat sonra dijital platformada böyük marağa səbəb olub və ən çox dinlənənlər sırasına girib.

Pop divanın "Ay və Gün"ü təkcə Azərbaycanda yox, xaricdə də maraqla qarşılanıb. Belə ki, albom Rusiya və Türkiyədə “Apple Music Daily Top 200 Album” çartında ən çox satılanlardan olub. 

Qeyd edək ki, Kazımova 23 il sonra məşhur mahnısı "Я и ты"ya yeni nəfəs verərək, onu Azərbaycan dilində təqdim edib. Albomda sözügedən mahnının dörd fərqli versiyası yer alıb: bir orijinal, 3 remiks.