» » MediaTime-a "Mətbuatın Dostu" mükafatı verildi

MediaTime-a "Mətbuatın Dostu" mükafatı verildi


Milli Mətbuatımızın 148 illiyinə həsr olunmuş mərasimlərdən biri də ənənəvi müstəqil milli "Mətbuatın dostu" mükafatı olub.

"STAR XƏBƏR" xəbər verir ki, hər il olduğu kimi bu du dəfə də jurnalistlər və bu sahənin nümayəndələri ilə daim dostluq edən tanınmış insanlar mükafatlandırıldı. Mətbuat firması tərəfindən təşkil edilən mərasim Altun sarayda “Harika” un məmulatları və “Harikə” qazlı içkilərinin sponsoruluğu, “Altun” sarayın təşəbbüsü və təşkilatçılığı, “İydə” parfumun təşkilati dəstəyi ilə keçirilib.

Tədbirin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyevin təbrik və təntənəli açılışından sonra mükafatlandırma mərasimi başladı. Qəzet, sayt, televiziya, radio sahələrində uzun illər fəaliyyət göstərən jurnalistlərə diplom və hədiyyələr təqdim edilib. MediaTime.az saytının əməkdaşı Elton Hacıyev də diplom alanlar arasında idi. Tədbirdə iştirak edən müğənnilər səhnəyə çıxaraq musiqi nömrələri ilə çıxış edərək təbriklərə qoşuldular. 
Qeyd edək ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.