» » Müşfiq Abbasov “Əkinçi” Milli Mükafatı aldı — FOTOLAR

Müşfiq Abbasov “Əkinçi” Milli Mükafatı aldı — FOTOLAR


Milli Mətbuatın yaranmasının 148-ci ildönümü münasibətilə “Əkinçi” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. 

"STAR XƏBƏR" əbər verir ki, tanınmış jurnalistlər, Milli Məclisin deputatları, televiziya kanallarının rəhbərləri, o cümlədən müxtəlif qurumların mətbuat katibləri, Vətən müharibəsi iştirakçıları və incəsənət xadimlərinin iştirak etditi tədbirdə öz fəaliyyəti ilə seçilən söz adamları mükafatlandırılıblar.

Onlar arasında son illərin ən çox oxunan “-4” və “Qan haqqı” romanlarının müəllifi, detektiv yazıçı Müşfiq Abbasov da var. 

Aldığı mükafata görə təşkilatçılara təşəkkürünü bildirən yazıçı təəssüratlarını News24.az-a bölüşüb.

Bildirib ki, əməyinə verilən dəyərdən çox məmnundur: “Mən də bir qələm adamı kimi "Əkinçi" Milli Mükafatına layiq görüldüm. Yaradıcı insan üçün bu, böyük motivasiyadır. Bu diqqət məni daha oxunaqlı, daha uğurlu əsərlər ərsəyə gətirməyə həvəsləndirir. Qələm adamı kimi arzum Azərbaycan yazarlarını, milli jurnalistikamızı qərəzdən kənar, obyektiv görməkdir. Qoy mətbuatımızın  qələmi hər zaman iti, sözləri kəsərli olsun. Sözünə, peşəsinə vicdanla yanaşan jurnalistlərin sayı daha da çox olsun. Bu ada layiq olan bütün jurnalistləri təbrik edirəm".