» » İki gün əvvəl dənizdə batan şəxsin meyiti tapıldı

İki gün əvvəl dənizdə batan şəxsin meyiti tapıldı


İki gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, iyulun 24-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən üç kilometr aralı, nəzarətsiz ərazi) batan bir nəfərin axtarışları başa çatıb.

 

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.