» » Nəsibə Abdullayeva və Fərrux Zakirov Bakıya gəlir

Nəsibə Abdullayeva və Fərrux Zakirov Bakıya gəlir


Avqustun 1-dən 4-dək Bakıda Özbəkistanın Mədəniyyət Günləri keçiriləcək.

"STAR XƏBƏR" axşam.az-a istinadən bildirir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəniyyət Günləri çərçivəsində sözügedən ölkənin tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı, həmçinin tamaşalar, kitab sərgisi və digər tədbirlər nəzərdə tutulub. Bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi məlumat yayıb.

Dörd gün davam edəcək Mədəniyyət Günləri çərçivəsində Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Qaşımjon İsmayılov, Züleyxa Boyxanova, Gülsənəm Mamazoitova, Canisbek Piyazov, Səməndər Alimov və başqaları Azərbaycan tamaşaçıları qarşısında çıxış edəcəklər.