» » Dünya şöhrətli müğənni Toto Kutunyo vəfat etdi

Dünya şöhrətli müğənni Toto Kutunyo VƏFAT ETDİ


Dünya şöhrətli İtaliya müğənnisi, bəstəkar Toto Kutunyo vəfat edib.

"STAR XƏBƏR" xarici mətbuata istinadən xəbər verir ki, pop veteranı 80 yaşında Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib.

Xatırladaq ki, 2008-ci il noyabrında Toto Kutunyo Bakıda, Heydər Əliyev Sarayında, "Qatar" adlı konsert proqramı ilə çıxış edib. 2013-cü isə ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Baku Crystal Hall"da Toto Kutunyo ən məşhur, sevilən hitləri ilə yanaşı, ilk dəfə olaraq, Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i də ifa edib.

//Yenisabah.az