» » Bu gün, Bakıda leysan, bölgələrdə dolu yağacaq - XƏBƏRDARLIQ

Bu gün, Bakıda leysan, bölgələrdə dolu yağacaq XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında avqustun 25-i səhərdən 26-sı səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.
Bu barədə APA-ya Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək, maksimal temperatur 27-30° isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.