» » Bu gün, "Space Tv"nin rəhbəri Vado Korovinin DOĞUM GÜNÜDÜR

Bu gün, "Space Tv"nin rəhbəri Vado Korovinin DOĞUM GÜNÜDÜR


Avqustun 29-da “Space” TV-nin rəhbəri Vado Korovinin ad günüdür.

"STAR XƏBƏR" xəbər verir ki, kanalın rəhbərinin 51 yaşı tamam olur. 
Vado Korovin 1972-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 

Vado “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxışları olduqca parlaq olub. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.

2023-cü ildən Space TV-nin direktorudur.

"STAR XƏBƏR" saytının kollektivi Vado Korovini ad günü münasibətilə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.