» » “Gərək mən də saymayıb, toyuna gəlməzdim“ - NURADAN ÇİNARƏYƏ

“Gərək mən də saymayıb, toyuna gəlməzdim“ - NURADAN ÇİNARƏYƏ


Xəbər verdiyimiz kimi, aparıcı Çinarə Əliyeva qonaq olduğu "Özəl" verilişində müğənni Nura Surinin onun toyundan inciyib getdiyini açıqlayıb.

Nura sosial şəbəkə hesabında Çinarənin sözlərinə cavab verib.

Nura bildirib ki, Çinarənin toyunda oturmağa yer tapmadığına görə, həyətdə oturmaq məcburiyyətində qalıb:

"Çinarə, toyunda oturmağa yer yox idi. Həyətdə ayrı masa götürüb oturmuşduq. Gərək küsüb gedərdim. Bunu deməyin mənası nə idi ki? Qonaqların çoxu yer tapmadığı üçün toydan çıxıb getdilər. Sənə sual verilib ki, "kim toya gəlmədi?" Mənim adımı niyə deyirsən ki? Gərək mən də saymayıb, toyuna gəlməzdim".