» » “Tik-Tok”da nalayiq ifadələr işlədən “Veçna Rəşad” HƏBS EDİLDİ

“Tik-Tok”da nalayiq ifadələr işlədən “Veçna Rəşad” HƏBS EDİLDİ


Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub. SHOWNEWS.AZ-ın əldə etdiyi məlumata görə, "Tik-Tok"da "Veçna Rəşad" adı ilə tanınan R.İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.İsmayılov 15 sutka inzibati qaydada həbs olunub. Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər. Qeyd edək ki, R. İsmayılov aparıcı və prodüser Tarix Əliyev haqda da nalayiq ifadələr işlədib. O da həmin şəxsdən DİN-ə şikayət ərizəsi ünvanlayıb.