» » Şəhid ailəsinin evini yaran oğru ələ keçdi

Şəhid ailəsinin evini yaran oğru ələ keçdi


Tərtər mənzildən oğurluq edən şəxs saxlanılıb.

 

Şəhərin Nizami küçəsində yaşayan şəhid ailəsi Vəfa Aslanova polis şöbəsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt onun evindən naməlum şəxs pul və zinət əşyaları, bank kartı,müxtəlif sənədlər oğurlayıb.

Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon Sarıcalı kənd sakini Əhmədov Rabil Aqil oğlu tutularaq istintaqa cəlb edilib. Oğurlanan əşyalar, pul və sənədlər tapılaraq Aslanovlar ailəsinə təhvil verilib. Faktla bağlı Tərtər rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Qeyd edək ki, Vəfa Aslanova 44 günlük Vətən müharibəsinin şəhidi Yasən Mehtiyevin anasıdır.//apa